BAKI, 30 iyun. TELEQRAF
“Azərbaycanlıların saxlanılmasının səbəblərini Bakıya izah etmək üçün işi davam etdirmək vacibdir”.
Teleqraf xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov jurnalistlərə deyib.
“Azərbaycan tərəfinin fikrincə, bu cür demarşlara səbəb olmuş hadisələrin səbəblərini və mahiyyətini izah etmək üçün işi davam etdirmək vacibdir”, - Kremlin sözçüsü qeyd edib.
Həmçinin Peskov əlavə edib: “Biz Azərbaycanla yaxşı münasibətlərimizi daha da inkişaf etdirməkdə maraqlıyıq”.
Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidməti azərbaycanlıların evinə basqın edib. Zorakılıq zamanı 2 azərbaycanlı öldürülüb.
Basqında tanınmış jurnalist və ədəbiyyatşünas Seyfəddin Hüseynlinin qardaşları Ziyəddin və Hüseyn Səfərov döyülərək qətlə yetirilib.
Hadisə zamanı bəzi soydaşlarımız ağır bədən xəsarətləri alıb, habelə 9 nəfər saxlanılıb.