BAKI, 19 iyun. TELEQRAF
23 iyun-4 iyul tarixlərində Konyada ABŞ, Türkiyə, Azərbaycan, Qətər, Macarıstan, Misir, Səudiyyə Ərəbistanı və İordaniyanın iştirakı ilə “Beynəlxalq Anadolu Qartalı” Təliminin keçirilməsi planlaşdırılır.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin sözçüsü Zəki Aktürk məlumat verib.
“23 iyun-4 iyul tarixlərində Konyada ABŞ, Azərbaycan, Qətər, Macarıstan, Misir, Səudiyyə Ərəbistanı və İordaniyanın praktiki, Bolqarıstan, Braziliya, Malayziya, Mali və Nigeriyanın müşahidəçi qismində iştirakı ilə Quru, Dəniz və Hərbi Hava Qüvvələrimizin “Beynəlxalq Anadolu Qartalı” Təliminin keçirilməsi planlaşdırılır”, - nazirliyin rəsmi nümayəndəsi bildirib.
Həmçinin Aktürk əlavə edib ki, iyunun 12-də Naxçıvanda başlayan “Türkiyə-Azərbaycan Sarsılmaz Qardaşlıq” komanda-qərargah təlimi bu gün (19 iyun) başa çatacaq.