BAKI, 9 oktyabr. TELEQRAF

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı olub.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirlər ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Tərəflər regional əməkdaşlıq və digər beynəlxalq mövzular ətrafında da fikir mübadiləsi aparıblar.