BAKI, 9 oktyabr. TELEQRAF

Türkmənistanda Ermənistan Baş naziri Nikol Paşinyan və İran Prezidenti Məsud Pezeşkian arasında görüş keçirilib.

Teleqraf xəbər verir ki, həmsöhbətlər yüksək səviyyəli ikitərəfli intensiv əlaqələrin vacibliyini vurğulayaraq, bunun Ermənistan-İran münasibətlərinin ardıcıl inkişafına və genişlənməsinə töhfə verdiyini qeyd ediblər.

Baş nazir iki ölkənin zəngin əməkdaşlıq gündəliyinə malik olduğunu və İran şirkətlərinin Ermənistanda həyata keçirilən strateji layihələrdə iştirak etdiyini bildirib.

Tərəflər Ermənistan-İran münasibətlərinin yaxın gələcəkdə yeni səviyyəyə yüksələcəyinə əminliklərini vurğulayıblar. Yaxın gələcəkdə planlaşdırılan yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti də qeyd olunub.

Nikol Paşinyan və Məsud Pezeşkian qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıb.