
BAKI, 10 iyun. TELEQRAF
“Ermənistan Baş naziri Nikol Paşinyan yeddi ildən sonra yeni bir inqilaba - “Rədd olsun Qaregin” hərəkatını başlayıb”.
Teleqraf xəbər verir ki, bunu erməni politoloq Akop Badalyan deyib.
“Yeddi ildən sonra yeni inqilab: Nikol Paşinyan mahiyyət etibarilə “Rədd olsun Qaregin” hərəkatına başlayıb. Yəni parlament seçkiləri öncəsi yeni inqilaba təşəbbüs edir, parlament seçkilərini inqilaba çevirir. Paşinyan zənn edir ki, bu dəfə seçkilərdə qalib gəlmək çox çətindir və şans yenə inqilaba qalır. Bu baxımdan onun bu dəfəki hədəfi erməni kilsəsidir.
Paşinyan inqilabı mərhələ-mərhələ reallaşdırır, məqsədini “kilsəni azad etmək” və “yeni katolikos seçmək üçün koordinasiya şurası” qurmaq şəklində bəyan edir. Həll edilməli olan problemlər çoxşaxəlidir, amma əsas məsələ seçkilərin inqilabi prosesə çevirməkdir. Artıq seçki prosesini inqilabi prosesə çevirməyə başlayıb və şansını orada sınayır”, - ekspert bildirib.
Xatırladaq ki, bundan əvvəl Ermənistan Baş naziri bütün ermənilərin katolikosu II Qregini subaylıq andını pozmaqda ittiham edib. Paşinyanın sözlərinə görə, subaylıq andını pozaraq övlad sahibi olan Qaregin artıq Erməni Apostol Kilsəsinin rəhbəri ola bilməz.
Ermənistan hökumətinin başçısı Erməni Apostol Kilsəsinə yeni katolikosun seçilməsi üçün seçkilərə və koordinasiya qrupunun yaradılmasına çağırıb.