BAKI, 10 iyun. TELEQRAF
“Zəngəzur dəhlizi yaratmaq cəhdlərinin qarşısını İran aldı”.
Teleqraf xəbər verir ki, bunu İranın ali dini rəhbəri Əli Xameneyinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti deyib.
“İran bu plana qətiyyətlə qarşı çıxdı və onun həyata keçirilməsinə mane oldu”, - Vilayəti bildirib.
Xameneyinin müşaviri iddia edib ki, Co Bayden ABŞ prezidenti olarkən dəhlizin işə salınması üçün hər şeyin hazır olduğunu etiraf edib, amma bu layihənin həyata keçirilməsinə mane olan İran olub.