BAKI, 5 iyun. TELEQRAF
“Dövlət normal vəziyyətdədir, təhlükəsizlik məsələləri normal vəziyyətdədir, bunun üzərində işləyirik, tezliklə çox maraqlı xəbərlər olacaq”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
Simonyan xəbərin nədən ibarət olduğunu açıqlamayıb.
“Güman edirəm ki, gələn ay baş nazir (Nikol Paşinyan) də mətbuat konfransı keçirəcək və bizim gündəlikdəki real məsələlər barədə danışmaq imkanımız olacaq”, - spiker qeyd edib.
Ermənistan KİV söhbətin Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasından getdiyini ehtimal edir.