TBİLİSİ, 4 iyun. TELEQRAF
Gürcüstanın Baş prokuroru Giorgi Qabitaşvili vəzifəsini tərk edib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, parlamentin sədri Şalva Papuaşvili onun Baş auditor vəzifəsinə namizədliyini irəli sürüb.
Baş auditor vəzifəsində çalışan Tsotne Kavlaşvili isə 2015-2022-ci illərdə tutduğu maliyyə nazirinin müavini vəzifəsinə geri qaytarılıb.
Ş.Papuaşvili bildirib ki, baş auditorun seçilməsi üzrə parlament prosedurları başlayacaq və gələn həftə plenar iclasda səsvermə ilə yekunlaşacaq.
Baş prokuror vəzifəsinin kimin tutacağı hələ məlum deyil.
Qeyd edək ki, G.Qabitaşvili 2024-cü ilin iyulun 18-dən Gürcüstanın Baş prokuroru idi.