BAKI, 2 iyun. TELEQRAF

Ermənistan Azərbaycanla sülh sazişini dərhal imzalamağa və ratifikasiya etməyə hazırdır.

Teleqraf xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan jurnalistlərə deyib.

“Sizi əmin edə bilərəm ki, tərəflərin bütün narahatlıqlarını aradan qaldırmağın ən aydın, birbaşa və ən qısa yolu regionumuzda dinc yanaşı yaşama erasını başladacaq sazişin imzalanması və ratifikasiyasıdır”, - o bildirib.

Kostanyanın iddiasına görə, Ermənistan Azərbaycanla əməkdaşlıq və sərhədlərin açılmasını istəyir.