BAKI, 26 may. TELEQRAF

“Regionda sülh və təhlükəsiz mühitin yaradılması siyasi prioritetlərimizdən biridir”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan İrəvanda fransalı həmkarı Jan-Noel Barro ilə mətbuat konfransında deyib.

“Bu, regionda proqnozlaşdırıla bilən, təhlükəsiz atmosfer və sülhün qurulması üçün mühüm təminatdır”, - nazir bildirib.

Mirzoyan iddia edib ki, Ermənistan sülh gündəliyinə sadiqdir və Azərbaycanla sülh sazişinin imzalanması yeri və vaxtının müəyyənləşdirilməsi ilə bağlı müzakirələrə hazırdır:

“Ətrafımızda dinc və təhlükəsiz mühitin yaradılması Ermənistanın xarici siyasətinin prioritetlərindən biridir”.

Nazir Türkiyə ilə münasibətlərin normallaşdırılması ilə bağlı danışıqlara da toxunub. “Biz tamamilə yeni, dinc və təhlükəsiz regionun qurulmasına sadiqik”.