TBİLİSİ, 21 may. TELEQRAF

“Gürcüstanın daxili siyasi həyatına qarışmağa, xüsusən də kənardan inqilablar planlaşdırmağa heç kəsin haqqı yoxdur”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlmasında deyib.

Onun sözlərinə görə, ABŞ-nin yeni administrasiyası birbaşa bəyan edib ki, USAID, NED və başqa təşkilatların resursları müxtəlif ölkələrdə işğtişaş ssenarilərinin hazırlanması üçün istifadə olunurdu.

“Bu, Gürcüstanda da baş verirdi. Biz görürdük ki, USAID, NED və ABŞ səfirliyi uzun illər ərzində inqilab ssenarilərinin planlaşdırılması və həyata keçirilməsi ilə məşğul olublar. Xoşbəxtlikdən bu planlar uğursuzluqla nəticələndi”, - İ.Kobaxidze söyləyib.

Baş nazir qeyd edib ki, Gürcüstanda qəbul edilmiş “Xarici agentlər haqqında” Qanun ABŞ-də qüvvədə olan FARA (Foreign Agents Registration Act/Xarici Agentlərin Qeydiyyatı Aktı) aktının birbaşa surətdir.

“FARA aktı “Xarici təsirin şəffaflığı haqqında” Qanundan daha sərtdir, lakin qanun Gürcüstanda insan hüquqları standartlarına uyğun şəkildə tətbiq olunacaq”, - o əlavə edib.