TBİLİSİ, 14 may. TELEQRAF

“Mixeil Saakaşvilini inqilab ssenarisi ilə Gürcüstana seçkilərdən iki gün öncə xamalarla dolu konteynerdə gəlməsini Ukrayna Hərbi Kəşfiyyat Xidməti təşkil edib”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili illik hesabatı təqdim edərkən deyib.

Onun sözlərinə görə, Saakaşvili Gürcüstana xarici xüsusi xidmətlərin köməyi ilə daxil olmasından iki gün öncə Brüsseldə dəhlizlərdə gəzib və müşavirələr keçirib.

“Saakaşvili üçün seçkilərin nəticələrinin açıqlanmasından dərhal sonra inqilabi prosesə başlamaq ssenarisini hazırlamışdılar. Bu inqilab cəhdi də baş tutmadı. Gürcüstanın dövlət təhlükəsizliyi orqanları Saakaşvilini seçkilərdən əvvəlki gecə həbs etdilər”, - spiker söyləyib.

Xatırladaq ki, M.Saakaşvili Gürcüstana 2021-ci ilin sentyabrın 28-də gizli yolla daxil olub və oktyabrın 1-də Tbilisidə saxlanılıb. Qonşu ölkədə həmin ilin oktyabrın 30-da yerli idarəetmə orqanlarına seçkilər keçirilib.