TBİLİSİ, 28 aprel. TELEQRAF
Gürcüstanda NATO ilə birgə hərbi təlim başlayıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyindən bildirilib.
Rəsmi açılış mərasimi Tbilisi yaxınlığındakı Krtsanisi bazasında, NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzində baş tutub.
Çoxmillətli təlimdə NATO-ya üzv və tərəfdaş 17 ölkə – Gürcüstan, Bolqarıstan, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İtaliya, Litva, Polşa, Slovakiya, Türkiyə, Böyük Britaniya, ABŞ, Azərbaycan, Moldova, Ermənistan və Tunis iştirak edir.
Təlim mayın 8-dək davam edəcək.
Qeyd edək ki, ilk NATO-Gürcüstan birgə hərbi təlimi 2016-cı ildə baş tutub. Bu il artıq dördüncü dəfədir keçirilən təlim kompüter texnologiyalarının istifadəsi ilə komanda-qərargah təlimidir və məqsədi Gürcüstan tərəfinin rəhbərliyi altında böhran əməliyyatlarının planlaşdırılması və icrası üzrə çoxmillətli briqada səviyyəli bölmənin hazırlanmasıdır.