
BAKI, 15 aprel. TELEQRAF
Türkiyədə fəaliyyət göstərən erməni-türk telekanalı “Luys” TV "X" səhifəsində tezliklə “Dörd dəcəl” (“Dört afacan”) adlı erməni serialının yayımlanacağını açıqlayıb.
Teleqraf xəbər verir ki, bu, Türkiyədə yayımlanan ilk erməni serialı olacaq.
Serial erməni dilində türkcə subtitrlərlə efirə veriləcək.
Qeyd edək ki, “Luys” İstanbulda yaşayan erməni jurnalist Aram Kuran tərəfindən təsis edilib. 2019-cu ildə yayımlanmağa başlayıb. Yayımlanan proqramların 70 faizi ermənicə, 30 faizi isə türk dilindədir.
Kanalın yayımlarında adətən xəbər proqramları, uşaq, sosial və mədəni həyatla bağlı müxtəlif proqramlar yer alır.