BAKI, 11 aprel. TELEQRAF

Rəsmi İrəvan mayın 9-da Moskvada Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə üçtərəfli görüşün keçiriləcəyi ilə bağlı yerli mətbuatda yayılan məlumatı təkzib edib.

Teleqraf xəbər verir ki, Ermənistan Baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan görüşlə bağlı xəbəri təsdiqləməyib.

O bildirib ki, mayın 9-da Moskvada üçtərəfli formatda danışıqlar nəzərdə tutulmayıb.