BAKI, 7 aprel. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyanın səhhətinin pisləşməsi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan bildirib.

“Baş nazir Paşinyan hər il müntəzəm tibbi müayinədən keçir. Növbəti tibbi müayinə ötən həftə olub. Baş nazir sağlamdır, tam iş qrafiki ilə işləyib və işləməkdə davam edir”, - sözçü deyib.

Xatırladaq ki, ötən həftə yerli mətbuatda Paşinyanın səhhətinin pisləşdiyi, onun İrəvanda “Nairi” Tibb Mərkəzində uzunmüddətli tibbi müayinədən keçdiyi barədə məlumat yayılmışdı.