
BAKI, 20 mart. TELEQRAF
Mayda Ermənistan Baş naziri Nikol Paşinyanın gələcək taleyi məlum olacaq.
Teleqraf xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazır.
Erməni nəşri əvvəlki məlumatına istinadla xatırladır ki, son geosiyasi proseslərdən sonra Paşinyan yenidən Rusiya ilə münasibətləri normallaşdırmaq qərarına gəlib və bütün dövlət idarələrinə Moskva ilə qurumlararası əlaqələri və təmasları bərpa etməyi, bütün tədbirlərdə, görüşlərdə iştirak etməyi tapşırıb:
“Nikol Paşinyan artıq Rusiya Prezidenti Vladimir Putinin dəvətini qəbul edib və mayın 9-da Moskvada keçirilməsi nəzərdə tutulan Qələbənin 80-ci ildönümü tədbirinə qatılacaq.
Ermənistanda hakimiyyətin gələcək taleyinin mayda keçiriləcək Putinlə görüşdə müəyyənləşəcəyinə inanan hakim “Vətəndaş Müqaviləsi” Partiyasının üzvləri bu səfəri təngnəfəsliklə gözləyirlər”.
“Hraparak” qeyd edir ki, Paşinyan Putinə baş əyməkdə çətinlik çəkməyəcək və yenidən rus qılıncının altından keçəcək.