
BAKI, 12 mart. TELEQRAF
Ermənistan və Azərbaycan arasında düşmənçilik səhifəsini bağlamağa çalışırıq.
Teleqraf xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.
“Ermənistanın dörd qonşusu var. Şərq qonşumuz Azərbaycandır, biz onunla sülh və dövlətlərarası münasibətlər qurmağa çalışır, regionda düşmənçilik səhifəsini bağlamağa çalışırıq. Qərb qonşumuz 30 ildən çoxdur Ermənistanla sərhədləri bağlı olan Türkiyədir. Hazırda Türkiyə ilə kifayət qədər dinamik dialoq aparırıq, bunda məqsəd iki ölkə arasında diplomatik münasibətlərin qurulması və sərhədlərin açılmasıdır. İndiyədək kiçik, amma nəzərəçarpacaq addımlar ata bilmişik, amma bir sıra anlaşmalar hələ də həyata keçirilməyib”, - nazir qeyd edib.
Mirzoyan Gürcüstan və İranla münasibətlərə də toxunub:
“Gürcüstan və İranla uzun illərdir çox yaxşı münasibətlərimiz var, həmişə bu əlaqələri dərinləşdirməyə çalışırıq. Xüsusən də İranla əlaqələrimizi daha da dərinləşdirmək istəyirik”.