BAKI, 27 fevral. TELEQRAF
Delimitasiya və demarkasiya ilə bağlı bütün məlumatlar açıqdır və son görüşdən sonra bunu yayımlamışıq və işi necə davam etdirəcəyimizi bildirmişik.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan məlumat verib.
Rəsmi demarkasiyanın növbəti mərhələsinin nə vaxt başlayacağı sualına konkret cavab verməyib:
“Demarkasiya şimal istiqamətindən başlayacaq. Fikrimcə, başlamazdan əvvəl daha bir görüş olacaq. Çünki hələ müzakirə olunacaq məsələlər var. Həmişə işçi qrupları çərçivəsində görüşürük
Görüş üçün konkret tarix deyə bilmərəm, amma intensiv xarakter daşımalı olan razılaşmalar var”.