
TBİLİSİ, 18 fevral. TELEQRAF
Bu gün texniki səbəblərə görə təxirə salınan AZAL-ın J2 8230 nömrəli reysinin təyyarəsi Tbilisidən Bakıya istiqamət götürüb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, təyyarə Tbilisi aeroportundan saat 20:15-də havaya qalxıb.
***
13:36
TBİLİSİ, 18 fevral. TELEQRAF
Bu gün saat 08:50-də yerinə yetirilməli olan AZAL aviaşirkətinin J2 8230 nömrəli Tbilisi-Bakı reysi təxirə salınıb.
Teleqraf xəbər verir ki, bu barədə Tbilisi aeroportunun məlumatında bildirilib.
Məlumata əsasən, reys bu gün saat 18:00-a təyin olunub.
AZAL-ın Gürcüstan nümayəndəliyindən Teleqraf-a bildirilib ki, səbəb texniki problemlə əlaqəlidir.
“Tbilisi hava limanından bizə verilən məlumata əsasən, reys texniki problem səbəbindən yerinə yetirilməyib. Reysin saat 18:00 və yaxud 19:00-da yerinə yetiriləcəyi gözlənilir”, - nümayəndəlikdən deyilib.