
TBİLİSİ, 18 fevral. TELEQRAF
Münhen Təhlükəsizlik Konfransından qayıdan Gürcüstanın sabiq prezidenti Salome Zurabişvili Tbilisi hava limanında yumurta atəşinə məruz qalıb.
Teleqraf xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Məlumata əsasən, polis və təhlükəsizlik xidməti əməkdaşları insidentə müdaxilə etməyib.
S.Zurabişvili hadisə ilə bağlı hələ şərh verməyib.
Qeyd edək ki, ötən gün Münhen Təhlükəsizlik Konfransından vətənə dönən Gürcüstanın keçmiş baş naziri, müxalif “Gürcüstan naminə” partiyasının sədri Giorgi Qaxariya da Tbilisi aeroportunda yumurta atəşinə tutulmuşdu.