TBİLİSİ, 18 fevral. TELEQRAF
“Mən Brüssel bürokratlarına deyil, Avropa dəyərlərinə inanıram. Cəsarətlə deyirəm ki, Gürcüstan Avropa ölkələri üçün suverenlik nümunəsinə çevrilə bilər”.
Teleqraf xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Fransa KİV-nə müsahibəsində deyib.
Onun sözlərinə görə, avropalı bürokratların Gürcüstana qarşı təqibləri əsl Avropanı əks etdirmir.
Tbilisi-Vaşinqton münasibətlərinə toxunan prezident bildirib ki, Donald Trampın fikirləri Gürcüstan hökumətinin mövqeləri ilə üst-üstə düşür.
“Ümid edirik ki, ABŞ administrasiyasının Gürcüstana qarşı ədalətsiz münasibəti dəyişəcək. Biz həmçinin ümid edirik ki, Trampın gəlişi Aİ-nin Gürcüstana münasibətinə təsir göstərəcək”, - M.Kavelaşvili söyləyib.