BAKI, 17 fevral. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyan seçkilərdə məğlub olacaq, bunun üçün vəziyyət yetişib.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Robert Köçəryan brifinqdə deyib.
Onun iddiasına görə, baş nazirin hazırda yüksək olan populyarlıq reytinqi dəyişir.
“Seçki qoxusu gələn kimi insanlar instinktiv olaraq rejimi dəstəkləməyə davam edəcəklər, yoxsa fərqli seçim etməyə çalışacaqlar? Məncə, fərqli qərar üçün vəziyyət yetişib.
İndi müxalifətin necə, hansı formatda iştirak edəcəyini deyə bilmərəm. Əminəm ki, çoxlu iştirakçılar olacaq, konsolidasiya olacaq, hamısı birləşəcək, bir bayraq qaldıracaq”, - Köçəryan bildirib.
Xatırladaq ki, Ermənistanda növbəti parlament seçkiləri 2026-cı ildə keçiriləcək.