BAKI, 17 fevral. TELEQRAF
Hələ müzakirə olunmayıb. Əlbəttə, alyansın bütün proseslərdə, istər küçə aksiyaları, istərsə də seçkilərdə ciddi iştirakı olacaq.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti, “Ermənistan” alyansının lideri Robert Köçəryan özünün qarşıdan gələn seçkilərdə iştirak, oğlu Levonun isə seçki siyahısına rəhbərlik edib-etməyəcəyi ilə bağlı sualı cavablandırarkən deyib.
“Bu məsələni alyans daxilində müzakirə etməmişik, amma qarşıdan gələn seçkilərdə ən praqmatik formatda iştirak edəcəyik”, - sabiq prezident bildirib.
Xatırladaq ki, Levon Köçəryan "Ermənistan" alyansından parlamentin üzvüdür.
Ermənistanda növbəti parlament seçkiləri 2026-cı ildə keçiriləcək.