BAKI, 17 fevral. TELEQRAF

Rusiya hər şeyi unutmağa hazır deyil, beynəlxalq münasibətlər belə işləmir. Son illər Rusiya və Ermənistan arasında bir-birini tamamlayan dəhliz xeyli daralıb.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Robert Köçəryan mətbuat konfransında deyib.

“Bu gün Ermənistanda Rusiya ilə bağlı təsəvvür yaxşı deyil, çünki biz səhvlərə yol verib, onu Rusiyanın üzərinə atmağa çalışırıq. Bu, diqqətdən (Rusiyanın nəzərindən) kənarda qalmayacaq”, - sabiq prezident bildirib.

Köçəryan əlavə edib ki, hakimiyyət Ermənistanı ciddi təhlükə qarşısında qoyan addımlar atır.

Xatırladaq ki, Robert Köçəryan 1990-cı illərdə Azərbaycan ərazilərinin işğalının, Xocalı soyqırımı və digər hərbi cinayətlərin əsas müəlliflərindən biridir. Onun barəsində Azərbaycanda cinayət işi açılıb.