BAKI, 15 fevral. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan dəfələrlə bəyan edib ki, şimal istiqamətində başlayan sərhədin demarkasiyası bitməyəcək, digər qonşu ölkələrlə sərhədlərdə də dirəklər qoyulacaq.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Joqovurd” qəzeti məlumat yayıb.

Nəşr iddia edir ki, onda delimitasiya və demarkasiyanın Qeqarkunik (Göyçə), Çəmbərək və Zod istiqamətlərində başlayacağı barədə məlumat var:

“Joqovurd” delimitasiya və demarkasiyanın dəqiq hansı nöqtələrdən başlayacağını öyrənmək üçün Müdafiə Nazirliyi ilə əlaqə saxlayıb. Nazirlikdən sorğunun cavablandırılması üçün əlavə vaxt istənilib, amma Xarici İşlər Nazirliyi sorğuya aşağıdakı cavabı verib:

“Ermənistan və Azərbaycan sərhəd komissiyalarının yanvarın 16-da keçirilmiş 11-ci iclasının nəticələrinə əsasən, tərəflər dövlət sərhədinin delimitasiyası üzrə kompleks işlərin şimal sahəsindən başlayaraq Azərbaycan, Ermənistan və Gürcüstanın sərhədlərinin qovuşma nöqtəsi ərazisindən cənub istiqamətində, şimaldan cənuba, Azərbaycan və Ermənistanın İran ilə sərhədinə qədər başlanması barədə razılığa gəliblər”.

Yəni İran və Gürcüstanla da demarkasiya olacaq”.