BAKI, 14 fevral. TELEQRAF
Rusiya Azərbaycan və Ermənistanla birgə üçtərəfli işçi qrupun fəaliyyətini bərpa etməyə hazırdır, bu qrup İrəvanın mövqeyi səbəbindən dayandırılıb.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.
“Moskva Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin bərpası ilə bağlı Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin sədrliyi altında fəaliyyət göstərən üçtərəfli işçi qrupunun üzvüdür. Təəssüf ki, hazırda erməni tərəfinin mövqeyi səbəbindən qrupun fəaliyyəti dayandırılıb. Biz əhatəli əməkdaşlığın bərpa edilməsinə hazır olduğumuzu təsdiqləyirik”, - diplomat qeyd edib.