TBİLİSİ, 14 fevral. TELEQRAF

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Ermənistan səfiri Aşot Smbatyanla tanışlıq görüşü keçirib.

Teleqraf xəbər verir ki, səfir M.Kavelaşvilini prezident vəzifəsinin icrasına başlaması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə Gürcüstan və Ermənistan arasında tarixən mövcud möhkəm dostluq münasibətləri və tərəfdaşlığın dərinləşdirilməsinin gələcək perspektivləri müzakirə olunub. Tərəflər hər iki ölkədəki mövcud siyasi prosesləri nəzərdən keçiriblər, regional sülh və sabitliyin vacibliyini vurğulayıblar.