BAKI, 14 fevral. TELEQRAF

Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristine Qriqoryan da Baş nazir Nikol Paşinyanla birlikdə Almaniyanın Münxen şəhərinə gedib.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Ermənistan rəhbəri Münxen Təhlükəsizlik Konfransının rəsmi açılış mərasimində iştirak etmək üçün dünən axşam Almaniyaya səfər edib.

Konfrans çərçivəsində Nikol Paşinyan bir sıra ikitərəfli görüşlər keçirəcək.

Xatırladaq ki, Ermənistan müdafiə naziri Suren Papikyan da Münxendədir.