BAKI, 28 noyabr. TELEQRAF

Noyabrın 27-də polis tərəfindən paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 qumbara, 1 alışdırıcı, 5 tüfəng, 3 patron darağı və 394 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyindən məlumat verdirilib.

Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.