BAKI, 1 sentyabr. TELEQRAF
“Hörmüz boğazındakı vəziyyətlə bağlı diplomatik səylər davam etsə də, indiyədək heç bir nəticə əldə olunmayıb”.
Teleqraf xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) təhlükəsizlik və xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas deyib.
“Hörmüz boğazında naviqasiya azadlığına hörmət edilməlidir və əvvəllər sərbəst keçid üçün açıq olan marşrutlara rüsum və ya ödənişlər tətbiq edilməməlidir”, - o bildirib.
Kaya Kallas vurğulayıb ki, dəniz təhlükəsizliyi Aİ-nin müzakirə etdiyi əsas mövzularından biridir.