BAKI, 29 avqust. TELEQRAF
Avropa İttifaqı Rusiyaya qarşı rekord həcmdə genişləndirilmiş yeni sanksiyalar paketinin detallarını müzakirə edir.
Teleqraf xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.
Avropalı diplomatların sızdırdığı məlumata görə, yeni sanksiya siyahısına təxminən 1600 subyektin - 800 fiziki və 800 hüquqi şəxsin daxil edilməsi planlaşdırılır.
Yeni genişmiqyaslı məhdudiyyətlər paketi gələn həftə İrlandiyada keçiriləcək Aİ Xarici İşlər Şurasının iclasında müzakirə olunacaq.
İclasda Ukraynanın xarici işlər naziri Andrey Sibiqa da iştirak edəcək.
Nəhəng sanksiyalar paketinin oktyabr ayının ortalarında qəbul ediləcəyi gözlənilir.