BAKI, 14 oktyabr. TELEQRAF

Futzal üzrə dünya çempionatının əsas mərhələsində keçiriləcək Çexiya – Azərbaycan oyununun hakimləri müəyyənləşib.

Teleqraf xəbər verir ki, qarşılaşmanın baş hakimi İngiltərə təmsilçisi Peter Nurse olacaq.

Uelsli Valentin Ciuplea ikinci, şotlandiyalı Dunkan Mklulliç isə üçüncü hakim kimi fəaliyyət göstərəcək. Çexiyalı Luboş Ruql vaxtölçən, portuqaliyalı Nunu Boqolyo hakim-inspektor, finlandiyalı Yurki Filppu isə UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, DÇ-2028-in əsas mərhələsi çərçivəsində keçiriləcək Çexiya – Azərbaycan görüşü oktyabrın 16-da baş tutacaq.