BAKI, 19 avqust. TELEQRAF
Ukrayna Prezident Administrasiyası keçmiş müdafiə naziri Mixaylo Fedorovun seçkilərin keçirilməsi tələbinə cavab verib.
Teleqraf xəbər verir ki, açıqlamada hakimiyyətin seçkilərin keçirilməsinin əleyhinə olmadığı, amma təhlükəsizlik durumunun buna imkan vermədiyi bildirilib.
“Heç kim heç vaxt seçkilərin əleyhinə deyil, amma seçki prosesi səsvermənin necə keçiriləcəyini düşünməkdən daha böyük məsələdir”, - PA vurğulayıb.
Mixaylo Fedorov bundan əvvəl Ukraynada idarəetmə böhranının yarandığını, sistemin özünü qoruduğunu və dəyişikliklərdən qorxduğunu söyləyib. Bununla əlaqədar o, seçkilərin keçirilməsinə çağırıb və qeyd edib ki, çətin olmasına baxmayaraq, bu, mümkündür.