BAKI, 14 avqust. TELEQRAF

Rumıniyanın Lunçavişa kəndi yaxınlığına naməlum mənşəli dron düşüb.

Teleqraf xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyi məlumat yayıb.

Kənd Ukrayna ilə sərhəddən təxminən 5 kilometr aralıda yerləşir.

Rumıniya ordusunun radar-müşahidə sistemləri aşağı hündürlükdə uçan hava hədəfini aşkar edə bilməyib.

Pilotsuz təyyarə meşəlik əraziyə düşüb, xəsarət alan olmayıb.

Düşmə nəticəsində partlayış baş verib, ardınca yanğın baş verib.