BAKI, 14 avqust. TELEQRAF

Ukrayna Müdafiə Qüvvələri işğal olunmuş və Rusiya ərazilərində qarşı tərəfin iki yerüstü retranslyatoru və beş dron idarəetmə məntəqəsini vurub.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Xerson vilayətinin Zalijnı Port rayonunda “Geran” tipli zərbə PUA-larının idarə olunması üçün istifadə edilən iki yerüstü retranslyator vurulub. Yerüstü retranslyator operatorla dron arasında idarəetmə və rabitə siqnallarının ötürülməsini təmin edir, bununla da PUA-ların tətbiq məsafəsini və idarəetmənin sabitliyini artırır.

Bundan əlavə, Ukraynanın Donetsk, Zaporojye və Xerson vilayətlərində, eləcə də Rusiyanın Kursk vilayətində beş PUA idarəetmə məntəqələrinə zərbələr endirilib.