BAKI, 14 avqust. TELEQRAF

Ukraynanın Pilotsuz Sistemlər Qüvvələri Rusiya tərəfindən işğal edilmiş Donetsk, Luqansk və Zaporojye vilayətlərinin ərazilərində, eləcə də Krım yarımadasında 29 enerji qovşağını və “Balaklava” İstilik Elektrik Stansiyasını (İES) vurub.

Teleqraf xəbər verir ki, bu barədə Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi məlumat verib.

O bildirib ki, müvafiq əməliyyatın davam etdiyi müddətdə - iyulun 1-dən avqustun 13-dək ümumilikdə 240 enerji qovşağına effektiv zərbələr endirilib.

Ukrayna ordusu həmçinin Donetsk vilayətinin Mariupol şəhərində qazpaylama stansiyasına da zərbə endirib.