BAKI, 3 avqust. TELEQRAF

Ukraynanın Ali Anti-Korrupsiya Məhkəməsi Xarici İşlər Nazirliyinin (XİN) keçmiş dövlət katibi Oleksandr Bankovun 60 gün müddətinə həbs olunması barədə qərar çıxarıb.

Teleqraf "Obşestvennoye. Novosti" nəşrinə istinadən xəbər verir ki, keçmiş məmur Qərb tərəfdaşlarının Kiyevə kömək üçün ayırdığı 1,2 milyon dollar pulu mənimsəməkdə və özünə məxsus şirkətlərin hesabına keçirməkdə ittiham olunur.