BAKI, 31 iyul. TELEQRAF
“Rusiyanın təcavüzünə xidmət edən infrastruktur obyektlərinə qarşı uzaq və ortamənzilli zərbələrimizi davam etdiririk”.
Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“Uzaqmənzilli zəbər kampaniyası çərçivəsində endirdiyimiz zərbələr Rusiya hərbi maşınının öz resurslarını itirməsi baxımından həmişə ədalətli cavabdır. Xüsusilə, bu gün Rusiyanın müxtəlif regionlarında yerləşən üç logistika mərkəzinə qarşı müvafiq əməliyyat həyata keçirilib: Sarapul, Kazan və Volqoqradda - təxminən 500 kilometrdən 1300 kilometrə qədər məsafədə.
Krasnodarda dəniz terminalı vurulub. Obyekt cəbhə xəttindən təxminən 270 kilometr məsafədə yerləşir. Həmçinin təmas xəttindən təxminən 480 kilometr məsafədə yerləşən Volqoqrad vilayətindəki neft emalı zavodu da vurulub. Azov dənizinin akvatoriyasında da hədəflərə zərbələr endirilib”, - dövlət başçısı bildirib.