BAKI, 30 iyul. TELEQRAF
Türkiyə NATO-nun hava məkanını qorumaq missiyası çərçivəsində Estoniyaya 5 ədəd F-16 qırıcı təyyarə göndərib.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, avqustun 1-dən noyabrın 30-dək davam edəcək bu missiya üçün təyyarələr və hərbi heyət artıq Estoniyadakı Amari hərbi bazasına çatdırılıb. Türkiyə bu işi Portuqaliyadan təhvil alacaq və iyulun 31-də bununla bağlı rəsmi mərasim keçiriləcək.
Bildirilib ki, türkiyəli hərbçilər 24 saat fasiləsiz növbə çəkərək Baltikyanı ölkələrin və NATO-nun səmasını mümkün təhlükələrdən qoruyacaqlar.