BAKI, 30 iyul. TELEQRAF
Avropa İttifaqı (Aİ) bu ilin sonuna qədər Ukraynaya daha 8,3 milyard avro pul yardımı edəcəyini açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının yaydığı rəsmi bəyanatda bildirilir.
Məlumata görə, Ukraynanın 2026-cı il üçün nəzərdə tutulan bu pulu ala bilməsi üçün xüsusi plan təsdiqlənib. Plana əsasən, Ukrayna əvvəlcə üzərinə düşən öhdəlikləri yerinə yetirməli və yalnız bundan sonra maliyyə vəsaitini almalıdır.
Avropanın Ukraynadan əsas tələbi isə korrupsiyaya qarşı daha güclü mübarizə aparılsın və hər kəsin qanunlara ciddi əməl etməsi təmin olunsun.