BAKI, 29 iyul. TELEQRAF
İtaliyanın "Milli Gələcək" partiyası ölkə parlamentinə Ukraynaya bütün hərbi yardımların və silah tədarükünün dayandırılmasını nəzərdə tutan qətnamə təqdim edib.
Teleqraf xəbər verir ki, bu barədə partiyanın feysbuk səhifəsində məlumat yayıb.
Məlumatda bildirilib ki, Ukraynaya silah tədarükü sülhə töhfə verməyib, müharibəni uzadıb və İtaliyanın xərclərini artırıb:
"Bu büdcə müharibəyə deyil, yerli ailələrin, şirkətlərin, səhiyyənin və sərhədlərin qorunmasına xərclənməlidir".