BAKI, 1 iyul. TELEQRAF

Rumıniya müxalifətdə olan "Rumların Birləşdirmək Alyansı" (AUR) partiyası ölkə prezidenti Nikuşor Danın vəzifəsindən kənarlaşdırılması üçün impiçment prosesinə başlamağa hazırlaşır.

Teleqraf xarici KİV-ə istinadən xəbər verir ki, prosedurun başlanması üçün parlamentin hər iki palatasında deputatların və senatorların üçdə birinin dəstəyi tələb olunur.

Layihə qeydiyyata alındıqdan sonra Konstitusiya Məhkəməsinin rəyi alınmalı, daha sonra isə məsələ parlamentdə səsverməyə çıxarılmalıdır.

İmpiçment təşəbbüsü dəstəklənəcəyi təqdirdə, 30 gün ərzində ümumxalq referendumu keçirilməlidir.