BAKI, 30 iyun. TELEQRAF
Fransa Avropa İttifaqının (Aİ) Xarici Fəaliyyət Xidmətinin (EEAS) rolunun gücləndirilməsinin tərəfdarı olan ölkələr sırasındadır.
Teleqraf xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadla məlumat yayıb.
Nəşrin yazdığına görə, EEAS-ın saxlanmasının tərəfdarları o qədər də çox deyil. Fransa isə bu azlığa daxil deyil, xüsusən də ölkənin xarici işlər naziri Jan-Noel Barro bunu qızğınlıqla müdafiə edir.
Paris EEAS-ın səlahiyyətlərinin genişləndirilməsində də israrlıdır. Fransa hakimiyyəti bu planı 2027-ci ildə keçiriləcək seçkilərədək həyata keçirməyi planlaşdırır. Bununla yanaşı, Fransa artıq müvafiq sənəd də hazırlayır.
“Politico” həmçinin əlavə edib ki, bir qrup Aİ rəsmisi münaqişəyə səbəb ola biləcək siyasəti dəstəkləmir.