BAKI, 29 iyun. TELEQRAF
“Rusiya Prezidenti Vladimir Putin son bəyanatında Ukraynanın Odessa vilayətinin də hədəfdə olduğuna işarə etdi”.
Teleqraf xəbər verir ki, bunu irlandiyalı analitik Filip Pilkinqton deyib.
“Putin Odessanı və Ukraynanın bütün sahil xəttini ələ keçirmək istədiklərini bəyan edib”, - ekspert Putinin Donbas və “Novorossiya”nın “azad edilməsi” ilə bağlı səsləndirdiyi bəyanatı şərh edərkən bildirib.
Vladimir Putin iyunun 28-də Ukraynada davam edən müharibənin gedişindən danışarkən söyləmişdi ki, əsas məqsəd Donbas və “Novorossiya”nın tam “azad” (işğal) edilməsidir.
Xatırladaq ki, Putinin “Novorossiya” adlandırdığı ərazilərə Ukraynanın Donetsk, Luqansk, Xarkov, Odessa, Xerson, Zaporojye, Nikolayev, Dnepropetrovsk və Krım vilayətləri daxildir.