BAKI, 10 iyun. TELEQRAF
“Azərbaycan və Ermənistan sülh sazişini imzalamağa çox yaxındır”.
Teleqraf xəbər verir ki, bunu Krım Tatar Xalq Məclisinin sədri Refat Çubarov Ukrayna mediasına deyib.
“Nikol Paşinyan və “Vətəndaş Müqaviləsi” Partiyasının seçkilərdəki qələbəsi ilə Ermənistan Azərbaycanla sülh sazişinin imzalanmasına, Türkiyə ilə sərhədin açılmasına və diplomatik münasibətlərin qurulmasına çox yaxınlaşıb”, - o bildirib.
Region ölkələrinə müraciət edən Refat Çubarov Rusiyanı Cənubi Qafqazdan çıxarmağa çağırıb:
“Rusiyanı Qafqazdan rədd edin”.