BAKI, 9 iyun. TELEQRAF
“Avropa İttifaqı (Aİ) Rusiya ilə gələcək sülh danışıqlarında təmsil olunmalıdır”.
Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“Fikrimcə, atəşkəsin uğurlu olması üçün liderlər səviyyəsində görüş keçirmək daha yaxşı olardı. Kimlər? Əlbəttə, Ukrayna, Rusiya və mütləq Avropa. Amerika Birləşmiş Ştatlarının da orada olması arzuolunandır. Niyə Avropa? Çünki biz Avropadayıq - cavab budur. Bura bizim ərazimizdir, bizim qitəmizdir, sabah təhlükəsiz həyatın olacağına əmin olmalıyıq”, - Zelenski bildirib .
O qeyd edib ki, Ukraynanın bu cür danışıqlar üçün siyasi iradəsi var, Rusiya isə hələ bunu nümayiş etdirməyib. Prezident bu baxımdan Rusiyanı diplomatiyaya məcbur etmək üçün ona təzyiqlərin davam etdirilməsinə çağırıb.
“Avropa İttifaqının 21-ci sanksiyalar paketinə ehtiyac var. Bu gün həmçinin Baltik və Şimal dənizlərində Rusiyanın kölgə donanması üçün boş məkanın olmaması vacibdir. Rusiya tankerlərinin fəaliyyətini azaldan bütün qərarlar təkcə Ukrayna yox, bütün Avropanın xeyrinədir”, - Zelenski əlavə edib.