BAKI, 9 iyun. TELEQRAF
“Moskva və Sankt-Peterburqda yaşayış binalarının üzərində dronların səs-küy saldığı uzaqmənzilli zərbələrin məqsədi bu şəhərlərin sakinlərinə müharibənin nə olduğunu hiss etdirməkdir”.
Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“Bu müharibədə qələbə o zaman olacaq ki, Rusiya cəmiyyəti müharibənin dəhşətli olduğunu, onun başqaları üçün deyil, məhz özləri üçün faciə olduğunu qəbul edəcək. Məncə, məhz həmin məqam yaxınlaşır”, - Zelenski vurğulayıb.