BAKI, 5 iyun. TELEQRAF

Monteneqro 2028-ci ildə Avropa İttifaqına (Aİ) üzv ola bilər.

Teleqraf xəbər verir ki, bu barədə Monteneqro Baş naziri Miloyko Spayiç məlumat verib.

“2028-ci ildə Aİ-yə üzvlük tamamilə realdır. Məqsədimiz danışıqların bütün fəsillərini bu ilin sonu-2027-ci ilin əvvəlinə qədər bağlamaqdır”, - o, RFI radiosuna verdiyi müsahibədə bildirib.

Miloyko Spayiç qeyd edib ki, Monteneqro bu qısa müddətdə məqsədinə çatmaqda israrlıdır.

Xatırladaq ki, Albaniya, Bosniya-Herseqovina, Gürcüstan, Moldova, Şimali Makedoniya, Serbiya, Türkiyə, Ukrayna və Monteneqro rəsmi olaraq Aİ üzvlüyünə namizəddir. Monteneqro Prezidenti Yakov Milatoviç də bundan əvvəl məqsədlərinin 2028-ci ilə qədər Aİ-nin 28-ci üzvü olmaq olduğunu bəyan etmişdi.