BAKI, 20 may. TELEQRAF

Çexiya Avropa İttifaqının (Aİ) İsrailə qarşı əlavə ticarət sanksiyalarına icazə verməyəcək və zərurət yaranarsa, onları bloklayacaq.

Teleqraf xəbər verir ki, bu barədə Çexiya xarici işlər naziri Petr Maçinka bu barədə ölkəyə səfər edən İsrail xarici işlər naziri Gideon Saarla danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.

“Aİ-nin İsrailə qarşı əlavə ticarət sanksiyalarına icazə verməyəcəyik, hətta zərurət yaranarsa, onları bloklayacağıq. Biz Aİ-nin İsraillə Assosiasiya Sazişinin ləğv edilməsinə və ya dondurulmasına da icazə verməyəcəyik”, - nazir vurğulayıb.

Maçinka həmçinin Çexiyanın heç bir İsrail siyasətçisinin sanksiyalara məruz qala bilməyəcəyini də qeyd edib.

“İsrailin çoxlu düşməni, az dostu var, Çexiya İsrailin dostlarından biridir”, - Çexiya xarici işlər naziri əlavə edib.

Petr Maçinka Çexiyanın İsraildəki səfirliyinin Təl-Əvivdən Yerusəlimə (Qüds) köçürülməsi prosesinin ən qısa müddətdə başa çatdırılmasına çağırıb.

“Mən şəxsən bunu istərdim”, - deyən nazir qərarın Çexiya hökumətinə aid olduğunu xatırladıb.